VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18 noyabr tarixində Geely-nin flaqman modeli olan Tugella-nın təqdimat mərasimi keçirildi. Təqdimatda bir sıra məşhur şəxslər iştirak edib. Təqdimatın qeyri-adi üslubda keçməyi son günlərin ən çox müzakirə mövzularından birinə çevrilib.

Yeni “Tugella” “Geely” ilə “Volvo” şirkətinin birgə əməkdaşlığı çərçivəsində istehsal olunan 2.0 litr həcmli “Turbo” mühərrik ilə təchiz olunub. “Tugella” modeli Çin istehsalı olan bazarda ən sürətli avtomobil olmuşdur. 0-100km/s sürətlənməsi sadəcə 6,9 saniyə təşkil edir.

Əlavə olaraq avtomobildə AEB (fövqəladə tormozlama sistemi), LKA (hərəkət zolağında saxlama assistensi), IHBC (uzaq işığa intellektual nəzarət sistemi) kimi təhlükəsizlik sistemləri mövcuddur.

“Geely” ilə “Əfəndilər” qrupun əməkdaşlığı 2019-cu ilin sonunda başlayıb. Keçən ildən, distribüterlik müqaviləsi imzalandıqdan sonra “Rich Motors” Azərbaycanda bu avtomobillərin satışı, texniki xidməti və ehtiyat hissələrinin satışına start verdi.

Avtosalon və salonun arxasında yerləşən servis mərkəzi də “Geely”nin korporativ standartlarına uyğun inşa olunub. Servis eyni zamanda 35 avtomobilə xidmət göstərmə qabiliyyətinə malikdir.

 “Geely” - Çinin iri avtoistehsalçısı olan, 1986-cı ildə yaradılmış “Geely Holding Group” qlobal şirkətin brendidir. “Geely Auto Group”a Çin ərazisində və onun xaricində 15 avtomobil zavodu və transmissiya və mühərrik istehsalı üzrə 8 zavod məxsusdur. Bundan savayı, şirkət Çin, İsveç, İngiltərə və Almaniyada elmi-tədqiqat mərkəzləri, Şanxay, Götebörq, Barselona, Kaliforniya və Koventridə isə dizayn mərkəzlərinə malikdir.

“Geely Auto Group”un önəmli hadisələrindən olan  2010-cu ildən “Volvo” şirkətinin səhmlərinin alınması, 2017-ci ildə ABŞ-ın uçan avtomobillərin yaradıcısı “Terrafugi”, Britaniyanın “Lotus” şirkətinin səhmlərinin nəzarət paketinin və Malayziya şirkəti “Proton”un 49,9% səhmlərinin əldə olunmasını qeyd etmək olar. 2018-ci ildə isə “Geely”, “Mercedes-Benz” və “Smart” markaları tərkibində olan “Daimlər“in 9,7% səhmlərini əldə etmişdir.

Yeni “Tugella” modeli haqqında ətraflı məlumatı aşağıda qeyd olunan linkdən əldə edə bilərsiniz:

https://geely.az/car/tugella/

BAKU.WS
VİDEO

QALEREYA