SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən “Taksim Kebap” restoranlar şəbəkəsinin növbəti Xətai filialının möhtəşəm açılışı olub.

Müğənni və bəstəkar Rəhim Rəhimlinin təşəbbüsü və “RR Prodakşn”ın təşkilatçılığı ilə təqdim olunan qeyri-adi şou proqram qonaqların böyük marağına səbəb olub. “Ulduzlu Gecə” adlanan tədbirdə tanınmış mədəniyyət və incəsənət, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Teleaparıcı Samir Bayramlının aparıcılığı ilə tədbirdə ilk çıxış edən “Taksim Kebap” restoranlar şəbəkəsinin Azərbaycan filialının rəhbəri Ömər Pınar olub. O, qonaqları salamlayaraq restoranlar şəbəkəsinin qısa tarixindən və xidmətlərindən danışıb.

Ardınca Rəhim Rəhimli izləyənlərin diqqətini üzərinə çəkib. Belə ki, müxtəlif formada və rəngarəng geyimlərdə olan rəqqasların müşayiəti ilə çıxış edən müğənni 40 dəqiqə səhnədə olub.

Həmçinin tədbirdə Əminə Şirin, Samira Allahverdi, Şəbnəm Tovuzlu, Nihad Məlik, Nərmin Kərimbəyova, Nuray Məhərov və başqa sənətçilər də çıxış ediblər.

Onu da qeyd edək ki, tədbir zamanı biri-birindən maraqlı müxtəlif formatda şou təqdim olunub. Belə ki, restoranda bir növ Türkiyənin İstanbul şəhərinin Taksim meydanının aktiv mədəni həyatı nümayiş olunub. Türkiyədən xüsusi dəvət olunmuş türk aşpazların özünəməxsus reseptləri əsasında hazırlanan dadlı təamların alov şoularıyla təqdim edilməsi və animatorların çıxışları tədbirə xüsusi zövq qatıb.

“Taksim Kebap” restoranlar şəbəkəsi daim öz müştərilərini sevir və yeniliklərlə sevindirməklə davam edir. “Taksim Kebap” Xətai filialı (Xətai rayonu, Xocalı prospekti 14/16) və digər şöbələrində növbəti 1 ay ərzində maraqlı axşamlar və müştərilərə xüsusi kampaniyalar təqdim olunacaq. “Taksim Kebap” restoranlar şəbəkəsinin yeniliklərini sosial şəbəkələrdə izləməyə davam edin!

BAKU.WS
QALEREYA