SİZİN REKLAM BURADA!
055 213 76 73


Renault, öz seqmentində zamanın sınağından çıxmış Yeni Duster modelini tamamilə fərqli bir üslubda təqdim edir.

Əfsanəvi yolsuzluq qabiliyyətini qoruyub saxlayan Duster yeni cəzbedici dizaynı, müasir texnologiyası və komfortlu salonu ilə rəqiblərindən fərqlənməyi bu dəfə də bacardı.

Yeni Duster əfsanəvi yolsuzluq qabiliyyətini və etibarlılığı yeni bir komfort səviyyəsi ilə birləşdirir. Yeni Duster ilk dəfə olaraq ən maksimal komplektasiya da daxil olmaqla ümumilikdə müştərilərə 4 növ komplektasiya təqdim edir.

Geniş təkər tağları, böyük yol işıq zolağı, gümüşü reylinqlər və əlavə müdafiəli ban elementləri yeni Dusterin yolsuzluq xarakterini daha da üzə çıxarır.

Yenilənmiş dizayn

Yeni Dusterin salonunda hər bir detal sürücü və sərnişinin komfortu üçün hazırlanmışdır. Avtomobilin salonunda oturacaqlardan və ön paneldən başlayaraq sükan çarxına və qolaltlığına qədər hər şey yenidir.

Yeni Renault Duster balanslaşdırılmış dizaynın müasir elementlərlə təmin edilməsi ilə əvvəlki nəslin yolsuzluq avtomobillərinin tanınan üstünlüklərini saxlayan tam yeni krossoverdir.  

Avtomobildə sükan rahat və xoşagələn olmalıdır. Yeni Dusterdə sükan dəri üzlüyə, hündürlük və dərinliyə görə iki istiqamətdə tənzimləyiciyə, sol tərəfdə kriuz-kontrol və sürət məhdudlaşdırıcısının idarə edilməsi üçün, sağ tərəfdə isə bort kompüteri  və smartfonlarınızın yüksək  səslə idarə edilməsi üçün iki blok düyməsinə malikdir.

Yeni Dusterin yük yeri daha çox erqonomik dizayn edilmişdir. Yük yerinin rəfinə qədər həcmi 428 litr təşkil edir, bu isə köhnə nəsildən 20 litr artıqdır. Həcmin 662 litrə qədər böyüməsi üçün rəfi yığışdırın. Əgər bu, sizə kifayət etmirsə, damda reylinqlərdə əlavə yük yeri quraşdırmaq olar. 

Daha güclü performans

Dusterin əsas müvəffəqiyyəti etibarlı tam ötürücülük sistemidir. Yeni Duster sadəcə bu üstünlüyü qoruyub saxlamadı, həm də yeni modul SUV platformasına keçdi, bu isə sükanın elektrik gücləndiricisinin və ilk dəfə mümkün olan mexaniki 6-pilləli ötürücü qutusu və CVT X-Tronic avtomatik transmissiyası ilə Tce 150 yeni mühərrikinin inteqrasiya edilməsinə imkan yaratdı. 

Yeni elektrikli hidravlik sükan mexanizmi ilə həm sürətli magistrallarda, həm də yolsuzluq şəraitində avtomobili idarə etməkdən zövq alacaqsınız.

Daha əvvəlki Duster ilə müqayisədə Yeni Duster daha çox manevretmə qabiliyyətinə malikdir.

Parketmə rejimi isə indi daha funksionaldır və çətin şəraitdə belə sizə daha rahat parketmə şəraiti yaradacaq. Əlavə olaraq bütün yolboyu olan nahamar səthlərdə avtomobilinizdə titrəmə halları baş verməyəcək və bu da sizə əsl komfort bəxş edəcək.

Bütün bu yeniliklər bir daha təsdiq edir ki, sürücü və bütün sərnişinlər komfortla səyahət edəcəklər. 

Təhlükəsiz səyahət

Avtomobildə əsas üstünlük sürücünün və bütün sərnişinlərin təhlükəsizliyidir. Yeni Duster həm passiv təhlükəsizlik seçimlərinə, həm də yüksəksəviyyəli aktiv təhlükəsizlik sisteminə malikdir.

İlk dəfə Dusterdə istəyinizdən asılı olaraq  pəncərə örtükləri əlavə etməklə 6 ədədə qədər təhlükəsizlik yastığı sifariş vermək olar, onlar həm ön pəncərələri, həm də arxa pəncərələri əhatə edəcəkdir.

Bundan əlavə, bütün komplektasiyalarda 2 ön təhlükəsizlik yastığı olacaq, DRİVE versiyasından başlayaraq ön təhlükəsizlik yastıqlarına əlavə olaraq yan yastıqlar da əlavə ediləcək.

Renault Duster modeli Azərbaycan bazarında olduğu uzun illər ərzində ölkənin relyefinə, hava və yol şəraitinə mükəmməl bir şəkildə uyğunlaşmış, əsl yolsuzluq keyfiyyətləri sayəsində yüzlərlə macəra həvəskarlarına sadiq yol yoldaşı olmuşdur.

Ecazkar dizaynı, geniş salonu və təkmilləşdirilmiş Renault texnologiyası ilə Tam Yeni Duster müştərilərə yeni bir stil, həyəcan və macəra dolu sürüş bəxş edəcək.

Renault avtomobillərini Azərbaycanda rəsmi distribütor Nurgun Motors təqdim edir. Şirkətin Bakıda satış və servis mərkəzi xidmət göstərir. Avtomobillərlə daha yaxından tanış olmaq və test-drive etmək üçün Renault satış mərkəzləri xidmətinizdədir.

Əlaqə 934

BAKU.WS
QALEREYA