İzmir şəhəri hər il çökür - Sular altında qalacaq - FOTO/VİDEO

İzmir şəhəri hər il çökür - Sular altında qalacaq - FOTO/VİDEO
Foto
Siyasət 119

Türkiyənin İzmir şəhəri hər il santimetr-santimetr çökür.

BAKU.WS xəbər verir ki, dəniz səviyyəsinin suyunun yüksəlməsi nəticəsində növbəti ilə illərdə şəhər sualtında qalacaq.

Bu barədə İqlim Dəyişikliyi Çalışma Qrupu üzvü, professor Doğan Yaşar bildirib.

O qeyd edib ki, hər il dünyada dəniz suyunun səviyyəsi 2,5 və 3 millimetr aralığında artır. İzmirdə isə bu rəqəm 1,5 santimetr göstərir.

Torpaq binaların ağırlığı ilə daha sürətli çökməyə başlayıb. Alsancak şəhərində 2023-cü ilin 26-27 noyabr tarixlərində yağışlar nəticəsində suyun səviyyəsi 300-400 metrə qədər artıb.

"Bu bir xəbərdarlıqdır. Çünki növbəti dəfə daha çox dəniz suyu sahilə gələcək. Basmane ərazisində bir neçə min il əvvəlki balıqqulağıları görürük. Bir vaxtlar o yer dəniz idi.

Bir gün mütləq dəniz qayıdıb yerini dolduracaq" - deyə, bu barədə Doğan Yaşar bildirib.

Son xəbərlər