Ziyafət Əsgərov və Zahid Oruca yeni vəzifələr verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qərar layihəsinə əsasən, deputat Ramin Məmmədov Azərbaycan-Kamboca, Məşhur Məmmədov Azərbaycan-Sinqapur, Ziyafət Əsgərov Azərbaycan-Tunis, Zahid Oruc isə Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri təyin edilib.
Sənəd səsverməyə çıxarılaraq təsdiqlənib.
Oxşar xəbərlər
Milli Məclisin növbəti plenar iclası başlayıb - 50 məsələ müzakirə olunacaq - SİYAHI
Milli Məclisin payız sessiyası üçün növbəti plenar iclası başlayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın...