Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb, sakinlərə açarlar təqdim edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla kəndə 33 ailə (177 nəfər) köçürülüb.
*** 13:26
Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi baş tutub.
Bu mərhələdə Məmmədbəyli kəndinə 33 ailə (177 nəfər) köçürülüb.
*** 07:57
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 33 ailə - 177 nəfər köçürülüb.
Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr...