Zəngilan Hava Limanına növbəti beynəlxalq uçuş reallaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Zəngilan beynəlxalq hava limanına növbəti beynəlxalq uçuş Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyaddan gerçəkləşəcək.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Faleh Zəngilana səfər edəcək.
Səfər çərçivəsində o, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifovla görüşəcək. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq imkanları, investisiya imkanları müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl Zəngilan Hava Limanına ilk beynəlxalq uçuşu Türkiyə prezidenti Rəcəb Tayyib Ərğodan reallaşdırmışdı.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...