Zəlzələdən zərərçəkənlərin yardımına tamah salan POLİS RƏİSİ HƏBS EDİLDİ - FOTO

Zəlzələdən zərərçəkənlərin yardımına tamah salan POLİS RƏİSİ HƏBS EDİLDİ - FOTO
Siyasət 248

Türkiyənin Tekirdağ şəhərində Yadigar Işık adlı polis rəisi həbs edilib.

BAKU.WS türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun Kahramanmaraş bölgəsində zəlzələdən zərərçəkənlərə göndərilən geyim, yorğan, döşək və qida yardımın başqa bir avtomobilə yükləyərək öz evinə aparması olub.

Bunu görən sakinlər dərhal hüquq-mühafizə orqanlarına xəbər veriblər.

Ətrafdakı təhlükəsizlik kameralarına baxıldıqdan sonra onun belə bir iyrənc addım atdığı öz təsdiqini tapıb.

Tekirdağ Baş prokurorluğunun rəsin evində apardığı araşdırmalar zamanı zəlzələdən zərərçəkənələrə göndəriləcək çadırlar, generatorlar, müxtəlif qidalar və elektrikli yorğanlar müəyyən edilib.

Bundan sonra Yadigar Işık tutularaq bölməyə aparılıb və həbs edilib.

Zəlzələdən zərərçəkənlərin yardımına tamah salan POLİS RƏİSİ HƏBS EDİLDİ - FOTO

Son xəbərlər