Zəlzələdə zərərçəkənlərə görə Ronaldonun forması hərraca çıxarıldı - FOTO

Zəlzələdə zərərçəkənlərə görə Ronaldonun forması hərraca çıxarıldı - FOTO
Siyasət 2002

“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo Türkiyədəki zəlzələlərdə ziyan görənlərə yardıma başlayır.

"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Türkiyə millisinin və İtaliyanın "Atalanta" klubunun üzvü Merih Dəmiral tvitter hesabında paylaşıb.

O bildirib ki, Ronaldo ilə danışıb, zərərçəkənlərə ianə məqsədilə onun imzalı formasını hərraca çıxaracaq:

"Ronalda ilə indicə danışdım. Baş verənlərə görə çox üzüldüyünü söylədi. Hərracdan əldə olunacaq vəsait zəlzələ bölgəsi üçün istifadə ediləcək".

İlkin satış qiyməti ilə bağlı isə hələlik məlumat verilməyib.

Zəlzələdə zərərçəkənlərə görə Ronaldonun forması hərraca çıxarıldı - FOTO

Son xəbərlər