Zəlzələdə ailəsini itirmiş kişinin sözləri ürək sızlatdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Elazığ şəhərində baş verən zəlzələdə həyat yoldaşı, oğlu və doğulmamış körpəsini itirən və 12 saatdan sonra dağıntılar altından xilas edilən Meriç Dişlinin sözləri izləyənlərin ürəyinə dağ çəkib.
BAKU.WS xəbər verir ki, görüntülər qısa müddət ərzində sosial şəbəkədə izlənmə rekordu qırıb.
Türkiyənin dövlət rəsmiləri zəlzələ zamanı ailəsini itirmiş şəxsi xəstəxanada ziyarət ediblər. Görüş zamanı Meriç Dişli insanları əlindəki nemətin qədrini bilməyə çağırıb:
"Nemətinizin qədrini bilin. Bir nəfəsin qiymətini bilin. 12 saat dağıntılar altında qaldım. Anam, yoldaşım, övladımı itirdim. İş yerim və evim əlimdən çıxdı. Demək ki, Allah-təala bu yükü daşıya biləcəyəm deyə onu mənə verdi. Əks təqdirdə bu imtahanı verməzdi".
Oxşar xəbərlər
Türk nazir dağıntılar altından çıxarılan həmyerlimizin problemini yerində həll etdi - VİDEO
Türkiyənin Elazığ vilayətində baş verən güclü zəlzələ zamanı azərbaycanlı Zeynalovlar ailəsi möcüzə nəticəsində sağ qalıb. BAKU.WS xəbər verir ki, təbii fəlakət...