Zelenskinin partiyası Azərbaycana hərbi yardım göstərməyə hazır olduğunu bəyan etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Əgər ehtiyac yaranarsa, Ukrayna Azərbaycana hərbi yardım göstərəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Ali Radada “Xalqın xidmətçisi” partiyasını təmsil edən deputat Lyudmila Marçenko "Ukrayna-24" telekanalının efirində bildirib.
“Ukrayna bu gün müxtəlif arenalarda Azərbaycanı dəstəkləməyə hazırdır. Bu, gələcəkdə lazım olacaq həm hərbi, humanitar, hər cür dəstəkdir. Bu, hərbi vəziyyətdir", - deyə Marçenko bildirib.
Ukraynanın hərbi dəstək verməyə hazır olub-olmadığı barədə suala Marçenko belə cavab verib:
“Əminəm ki, əgər məsələ kəskinləşsə, Ukrayna yan keçməyəcək”.
Oxşar xəbərlər
Siyasi partiyalar erməni təxribatı ilə bağlı bəyanat yayıb
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat verib. “Report”a daxil olan bəyan...