Zelenskidən Belqoroddakı partlayışla bağlı AÇIQLAMA: “Əmrimi müzakirə etmirəm”
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belqorod vilayətində silah-sursat və neft anbarlarında baş verən partlayışlarla bağlı danışıb.
BAKU.WS UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə başçısı ”Fox News” telekanalının jurnalistinin partlayışların Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilib-törədilmədiyinə dair sualını şərh edərkən bildirib:
“Bağışlayın, mən Ali Baş Komandan kimi heç bir əmrimi müzakirə etmirəm. Elə şeylər var ki, onları yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə bölüşürəm. Bizim üçün vacibdir ki, bütün dünya müharibə şəraitində olan bir ölkə olduğumuzu bilsin. Bizə hücum edildi. Vacib olan budur. Bu, ən böyük faciədir. Düzünü desəm, bu haqda danışmaq qeyri-peşəkarlıqdır. Onlar ərazimizi işğal ediblər. Bizə hücum ediblər. Bu müharibə 8 ildir davam edir, ona görə də bu və ya digər vəziyyətdə nə baş verirsə, şərh vermək mənim üçün çətindir”.
Oxşar xəbərlər
Zelenski: "NATO bizi qəbul etmək istəmir”
Ukraynada müharibənin bitmə vaxtını proqnozlaşdırmaq çətindir və bu, “dərin, ağrılı məsələdir”, lakin xalq qələbədən başqa heç bir başqa nəticəni qəbul etməyəcə...