Zelenski Rusiya ilə əsir mübadiləsində Azərbaycanın fəal iştirakından danışıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Əsir götürülən və ya Rusiyada həbsdə olan Krım tatarlarının hərbi əsirlərə dəyişdirilməsində fəal işləyirik. Bunu həyata keçirmək üçün müsəlman ölkələri, Türkiyə və Azərbaycan ilə fəal işləyirik"
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə keçirilən "Krım Platforması"nın növbəti sammitinin yekunu ilə bağlı mətbuat konfransında bildirib.
O, qeyd edib ki, bu məsələdə sözügedən müsəlman ölkələrinin böyük təsiri var: "Əsirlərin mübadiləsi davam edir. Rusiyada həbsdə olan Krım tatarlarını (Uktayna vətəndaşı) da əsirlərə dəyişə bilərik. Bugünədək Krım tatarlarından da geri qaytardıqlarımız olub".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...