Zelenski Rusiya hərbçilərinin kütləvi qətliam törətdiyi Buçaya gedib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı qətliam törətdiyi Buça şəhərini ziyarət edib.
BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, Kiyev vilayətindəki şəhəri ziyarət edən dövlət başçısı dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib.
O, Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırımlar törətdiyini bəyan edib.
Britaniyanın BBC telekanalının jurnalistinin “Rusiya ilə sülh danışıqları hələ də mümkündürmü?” sualına prezident belə cavab verib: “Bəli, çünki Ukrayna sülhə nail olmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Zelenskinin ofisi Rusiya ordusunun hərbi cinayətlərini qiymətləndirdi
“Rusiya hərbçilərinin Buça, Qostomel, İrpendə törətdikləri cinayətlər avropalı tərəfdaşların “rusları təxribata çəkməmək” siyasətinin nəticəsi idi”. BAKU.WS “Re...