Zelenski Makronu xəyanətdə ittiham etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa prezidenti Emmanuel Makron Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə son qoymaq üçün danışıqlara vasitəçilik etməkdə uğur qazana bilməyib.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident Volodimir Zelenski bəyan edib.
“Biz Rusiya üçün çıxış yolu axtarmamalıyıq və cənab Makron əbəs yerə bunu edir”, - deyə Zelenski bildirib.
Prezident həmçinin bildirib ki, Makron Putinin simasını saxlamaq üçün Ukraynanın suverenliyi ilə bağlı müəyyən güzəştlər etməyi təklif edib.
“Bu, düzgün deyil”, - deyə Zelenski bildirib.
O əlavə edib ki, avropalı liderlər illərdir Rusiyaya və Putinə yanaşmaq istəyirlər. O, bu vəziyyəti Hitlerin dünyanın yenidən bölünməsi haqqında düşünməsinə şərait yaradılması ilə müqayisə edib.
“Fevralın 24-də Rusiya göstərdi ki, heç bir güzəştə əhəmiyyət vermir və qərar verərsə, ərazini alacaq. Emmanuel isə bu və ya digər diplomatik “pa” atmamalıdır. O, prezident oldu, mən dəstəklədim. Lakin heç bir yan tərəfə addım atmadan, tarix bunu bağışlamır; sənin olanı geri qaytarmaq istəyirsənsə, ancaq irəli addımlamalısan”, - deyə Zelenski bildirib.
Oxşar xəbərlər
Ukraynadakı müharibə bizim müharibəmizdir - Britaniya XİN başçısından TARİXİ ÇIXIŞ
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass paytaxt Londonda ölkənin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə...