Zəfər Gününün 5-ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub

Zəfər Gününün 5-ci ildönümü Pakistanda təntənəli şəkildə qeyd olunub
Foto
Siyasət 74

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün 5-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Bu barədə BAKU.WS-ə Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib

Pakistanın prezidenti vəzifəsini icra edən, Senatın sədri Seyid Yusuf Rza Gilaninin iştirakı ilə baş tutan qəbulda federal nazirlər, senatorlar, Pakistan Silahlı Qüvvələrinin yüksəkrütbəli zabitləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistanın dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrinin nümayəndələri, KİV təmsilçiləri, eləcə də Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin əvvəlində ilk öncə 44 günlük Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Pakistan himnləri səsləndirilib.

Səfir Xəzər Fərhadov, 5-ci ildönümü qeyd olunan Zəfər Günü haqqında iştirakçılara müfəssəl məlumat verib. Diplomat qeyd edib ki, Ermənistan tərərfindən işğal olunmuş torpaqlarımız 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan ordusu tərəfindən azad edildi və Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulub. Səfir bildirib ki, həmin tarixə qədər Azərbaycan keçmiş münaqişəni dinc yolla həll etməyə çalışsa da, Ermənistanın işğalçı siyasəti, ardı kəsilməz təxribatları və hərbi təcavüzü münaqişənin hərbi yolla həllini qaçılmaz edib.

Daha sonra Pakistanın Seyid Yusuf Rza Gilaninin çıxış edib. O, Azərbaycan hökuməti və xalqını Zəfər Gününün 5-ci ildönümü münasibətilə təbrik edib. Gilani qeyd edib ki, İkinci Qarabağ Müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin reallaşması ilə nəticələnib. Məruzəçi, həmçinin Pakistanın Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini daim dəstəklədiyini ifadə edib.

Son xəbərlər