Zaxarova: “Ukraynada uğursuzluğa düçar olan Qərb indi də Ermənistandan yapışıb”
Qərb Ukraynadakı siyasəti iflasa uğradıqdan sonra Ermənistandan yapışıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Ukrayna ilə bağlı planları tamamilə iflasa uğrayan Qərb indi də eyni formada Ermənistandan yapışıb, onu Rusiyadan qoparmağa çalışır”, - o deyib.
M.Zaxarovanın sözlərinə görə, rəsmi Moskva Ermənistan rəhbərliyinin son addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın Minskdə KTMT sammitində iştirakdan imtina etməsini, ölkəyə Qərb silahlarının tədarükünün çoxalmasını, İrəvan və Kiyevin dostluğunu “eyni zəncirin halqaları” kimi nəzərdən keçirir.
“Amma mənə elə gəlir ki, bu, əsarət zənciridir”, - diplomat vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...