Zaxarova: Simonyanın "hibrid müharibə" ilə bağlı açıqlamaları çaşqınlığa səbəb olan aqressiv ifadələrdir

Ermənistan parlamentinin sədri Alen Simonyanın səsləndirdiyi, Moskvanın "hibrid müharibə" ilə ittiham edilməsi çaşqınlıq yaradan aqressiv ifadələrin növbəti mərhələsidir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "News.ru" jurnalistinin müvafiq sualına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Burada keçirilən tədbirlərdə Ermənistan rəhbərliyi iştirak edəcəksə, hansı hibrid müharibədən danışmaq olar? Rusiya Federasiyası ilə Ermənistan ən yüksək səviyyədə və Xarici İşlər Nazirliyinin xətti ilə müntəzəm kontaktlar qurur. Biz ancaq qarşılıqlı fəaliyyət və əməkdaşlıqdan danışırıq... Orada mənə elə gəlir ki, sizin qeyd etdiyiniz Ermənistan parlamenti sədrinin mövqeyi isə buna uyğun gəlmir. Düzü, təsəvvür edə bilmirəm ki, o, istər kiminsə təhriki ilə, istərsə də öz fikri ilə belə fikirlər səsləndirsin. Kimsə fakt göstərə bilsə də, bu, artıq mümkün deyil. Məncə, bu, Qərbin metodlarının sanki yenidən işlənməsidir", - Zaxarova qeyd edib.
Qeyd edək ki, mayın 5-də Simonyan Ermənistanda daxili siyasi vəziyyəti dəyərləndirərkən ölkəsinə qarşı xaricdən külli miqdarda vəsaitin xərcləndiyi "hibrid müharibə"nin aparıldığını bəyan edib. O, faktiki olaraq bunda Ermənistanda "hakimiyyəti dəyişdirməyə çalışan" Rusiyanı günahlandırıb. Simonyan bu barədə Rusiya səfiri Sergey Kopırkini qəbul edəndən dərhal sonra açıqlama verib.
Oxşar xəbərlər
Bu gün Azərbaycan və ABŞ arasında hansı saziş imzalana bilər? - Ekspertlərdən mühüm açıqlamalar
"ABŞ rəsmilərinin açıqlamalarına görə, bugünkü görüşdə ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalana bilər". Bunu Baku TV-nin "Aktual...