Zaxarova: “Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi etdi” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Moskva Bakı ilə İrəvan arasında münasibətlərin həlli üçün əlindən gələn hər şeyi edib”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə News.ru-nun müxbirinin sualını cavablandırarkən deyib.
“Rusiya, bir vicdanlı vasitəçi kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin həlli üçün mümkün olan hər şeyi edib.
Bütün bunlar faydasını göstərməyə başladı, lakin sonra Qərbin, həmişə olduğu kimi, konyunktur hekayəsi müdaxilə etdi. Bu, Ermənistana nə dərəcədə lazımdır, qoy İrəvan şərh etsin. Niyə onlar münaqişələrə, xaosa və sabitliyin pozulmasına gətirib çıxaran şeyləri seçirlər - bu sualları Ermənistan rəhbərliyinə vermək lazımdır, bizə yox”, - deyə Zaxarova bildirib.//oxu.az
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...