Zaxarova Baydenin çağırışına cavab verdi: "Yuqoslaviya və İraqdan başlayın"
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin Ukrayna ilə bağlı tribunal təşkil etmək çağırışını şərh edərkən Vaşinqtona Yuqoslaviya və İraqla bağlı araşdırmalara başlamağı tövsiyə edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Zaxarova Telegram kanalında "Bayden müharibə cinayətlərinin mühakiməsinə çağırır" başlıqlı yazısında belə qeyd edib:
"Əla ideya - Yuqoslaviyanın bombalanmasından və İraqın işğalından başlasınlar. Siz hələ Srebrenitsadakı tamaşanın baş rejissorlarını da tapa bilərsiniz və təbii ki, Kosovoda amerikalı rəsmi şəxslərin kimliyi altında orqan alveri... Onlar başa çatan kimi dərhal Yaponiyanı nüvə bombalamasına başlaya bilərəm", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...