Zakir Həsənov Türkiyədə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edib - YENİLƏNİB

Zakir Həsənov Türkiyədə keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edib - YENİLƏNİB
Siyasət 199

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbulda keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edir.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Zakir Həsənov burada sərgilənən hərbi təyinatlı müasir silah və döyüş texnikası nümunələri ilə tanış olur.

***09:13

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə İstanbul şəhərində keçiriləcək “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün qardaş ölkədə səfərdədir.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri sərgidə nümayiş etdiriləcək müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirəcək.

Son xəbərlər