Zakir Həsənov tapşırıq verdi: “Müasir silahların tətbiqinə hər an hazır olun”

Zakir Həsənov tapşırıq verdi: “Müasir silahların tətbiqinə hər an hazır olun”
Siyasət 296

Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

BAKU.WS xəbər verir ki, General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Son xəbərlər