Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb

Zakir Həsənov İran ordusunun Baş Qərargah rəisi ilə görüşüb
Siyasət 81

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, müdafiə nazirinin İrana iki günlük səfəri çərçivəsində o, yüksəkrütbəli hərbi və siyasi rəsmiləri ilə görüşəcək. Bu səfərin əsas məqsədləri birgə hərbi təhlükəsizlik və müdafiə əməkdaşlığının inkişaf etdirilməsi və dərinləşdirilməsidir.

Son xəbərlər