Zahidanda xalq etirazları qızışır: Uşaqlar da daxil olmaqla xeyli sayda yaralılar var - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Zahidan şəhərində dünəndən etibarən davam edən etiraz aksiyalarında dördü uşaq olmaqla azı 23 nəfər yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Paylaşılan videolara əsasən, şəhərdə etirazçıların toplaşdığı yerdə İran hökumətinin repressiv qüvvələrinin dinc sakinlərə atəş açdığı aydın olur.Qeyd edək ki, bu gün Zahidan şəhərində İranın rejim qüvvələri tərəfindən insanların kütləvi şəkildə qətlə yetirilməsinin ildönümüdür. Bununla əlaqədar dünəndən etibarən etnik bəluclar molla rejiminə qarşı aksiyalar keçiriblər, qəzəblənmiş insanlar təkərlər yandıraraq yolları bağlayıblar.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...