Yusuf Güney taksi sürücüsü ilə dava etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyəli müğənni Yusuf Güney avtomobilinə mindiyi taksi sürücüsü ilə dava edib.
BAKU.WS xəbər verir ki, buna səbəb müğənninin tıxaclı yolda çağırıldığı yerə tez bir zamanda çatmaq istəyi olub:
“Qardaşımız qarşı tərəfə keçmək istəmir, niyə? Tıxac var” deyərək həmin an yaşananları mobil telefonu ilə lentə alıb.
Bundan sonra isə sürücü “Məni şantaj edirsən?” deyərək ona reaksiya verib. Güney isə ona “Artistlik etmə, səninlə sonra görüşəcəyik” cavabını verib.
Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub. İstifadəçilərin bəziləri müğənninin, bəziləri isə sürücünün haqlı olduğunu bildiriblər.
Oxşar xəbərlər
6 aylıq körpənin ürək ağrıdan görüntüləri - VİDEO
Sosial şəbəkələrdə körpə uşağın ürək dağlayan görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, sözügedən görüntülər xarici ölkələrdən birində lentə alınıb. Videoda...