Yunanıstan yaxınlığında qayıq batdı, 300 pakistanlı həlak oldu - MATƏM
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan Senatının sədri Məhəmməd Sancrani Yunanıstanın Peloponnes yarımadası yaxınlığında baş verən miqrant qayığı qəzasında 300 pakistanlının həyatını itirdiyini açıqlayıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstan rəsmiləri Pakistanın elan etdiyi ölü sayını hələ təsdiqləməyib.
Fəlakətdə 300 pakistanlının həyatını itirdiyini deyən Sancrani, "Ölənlərin əbədi rahatlıq tapması üçün dua edirik. Bu sarsıdıcı hadisə, qeyri-qanuni insan alveri ilə bağlı iyrənc hərəkətin təcili olaraq aradan qaldırılması və pislənməsinin zəruriliyini bir daha göstərir", - sözlərini əlavə edib.
Pakistan mediasında gedən xəbərlərə görə, azı 298 pakistanlı ölüb.
Hadisənin ardından yerli hökumət bir günlük milli matəm elan etmək qərarına gəlib.
Milli matəm çərçivəsində bütün ictimai binalarda bayraqlar yarıya qədər endirilib.
Oxşar xəbərlər
ABŞ-də məktəbə silahlı hücum: 6 nəfər öldürüldü - Matəm elan edildi - FOTO
Amerika Birləşmiş Ştatlarında (ABŞ) məktəblərdən birində yenidən silahlı insident yaşanıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tennessee ştat...