İyun ayından etibarən İtaliya sərhədlərini tamamilə açacaq
İtaliya hökuməti iyunun 3-dən etibarən sərhədləri Avropa İttifaqı ölkələrindən gələn hər kəs üçün açıq elan edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hökumətin verdiyi qərara əsasən, ölkəyə bütün yollarla (hava, quru və su) giriş-çıxış sərbəst olacaq və karantin rejimi tətbiq edilməyəcək. Qərar Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanıb.
Qərara əsasən, İtaliyanın daxilində də gediş-gəliş tam sərbəst olacaq. Yalnız hər hansı kütləvi yoluxma olacağı halda həmin ərazi karantinə alınacaq.
Mayın 18-dən isə İtaliyanın regionları daxilində sərbəst hərəkətə icazə veriləcək. Həmçinin bütün ticarət, iaşə, xidmət obyektləri fəaliyyətini bərpa edəcək.
Qeyd edək ki, indiyədək İtaliyada koronavirusdan 31 min 600 nəfər ölüb.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...