Yol polisinin radar sistemini quran polkovnik təqaüdə göndərildi
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.
V.Nuriyev "MMX-nin rəisi" kimi tanınıb.
Bu yaxınlarda onun 55 yaşı tamam olub. V.Nuriyev BDYPİ-nin Mərkəzi İnformasiya Sistemini (MMX-radar sistemi) quran, bir sıra qanunvericilik aktlarının yenilənməsinin ideya müəllifi və təşkilatçısıdır.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...