Yol hərəkəti qaydalarını pozan ulduz futbolçu polis tərəfindən saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Pendikspor"un surinamlı futbolçusu Leandro Kappel Maltepedə yol polisləri tərəfindən aparılan yoxlamada saxlanılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik zolağını pozan Super Liqa oyunçusu 6 min 439 lirə cərimə olunub.
Məlumata görə, şəxsiyyət vəsiqəsi yoxlanıldıqdan sonra avtomobilindən çıxması istənilən məşhur hücumçu bir müddət maşınında gözlədikdən sonra avtomobilindən düşüb.
Sürücülük vəsiqəsi yoxlanıldıqdan sonra Kappel türk dilini anlamadığı və yol polisi ilə anlaşa bilmədiyi üçün klubdan birinə zəng vuraraq yardım çağırıb.
Telefonla danışan şəxsdən ona vəziyyəti izah etməsini istəyən Kappel telefonunu polis əməkdaşına verib.
Cərimə olunduqdan sonra mətbuat mənsublarının suallarını cavabsız qoyan məşhur futbolçu maşınına minərək sürətlə postdan uzaqlaşıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...