Yerusəlimdə dayanacağa hucum - Ölənlər və yaralananlar var - ANBAAN VİDEO

Yerusəlimdə dayanacağa hucum - Ölənlər və yaralananlar var - ANBAAN VİDEO
Video
Siyasət 9

Yerusəlimdə 2 qardaşın magistral yoldamaşını saxlayaraq ətrafa atəş açmaqları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki,terror aktı bu gün səhər saatlarında şəhərin girişinə yaxın yerləşən avtobus dayanacağında baş verib.

Hadisə zamanı 2 qardaş yerli sakinlərin dayandığı avtobus dayanacağına atəş açıb. İlkin məlumata görə, 24 yaşlı qız yerindəcə keçinib. 73 yaşlı kişi xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər. Daha sonra xəstəxanada daha bir qocanın dünyasını dəyişdiyi məlum olub.

Polis hücum edənləri yerindəcə zərərsizləşdirib - onların artıq terrora görə axtarışda olan HƏMAS üzvləri olduğu üzə çıxıb.

Baş nazir Binyamin Netanyahu baş verənləri şərh edərək, mülki əhali arasında silah paylanması istiqamətində işi davam etdirəcəyini vəd edib.

Son xəbərlər