Yeni yaradılan Naxçıvan Baş Gömrük İdarəsinin xərcləri dövlət büdcəsindən maliyyələşdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 mln. manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bildirib ki, Baş idarənin saxlanmasına 20,1 milyon manat ayrılacaq: "Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının maliyyələşməsi mərkəzləşmiş xərclərə ötürülüb. Orada aparılacaq işlər nəticəsində optimallaşmanı görəcəyik. Xərclərdə hər hansı bir qənaət olduğu halda daha az transfert veriləcək. Bunu tənzimləyəcəyik. Dotasiya ilə bağlı isə hər hansı tələsik qərar qəbul edilməsi məqsədəuyğun deyil".
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...