Yeni seçilmiş Milli Məclisin ilk iclası martın 12-dək keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə martın 5-də baxaraq qərar verəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcəyi təqdirdə, Milli Məclisin ilk iclası bir həftə ərzində keçirilməlidir.
Seçki Məcəlləsinin 1-1.-ci maddəsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.
Seçki Məcəlləsinin 2-ci maddəsinə əsasən, Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası işini bitirir.
Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.
Oxşar xəbərlər
YAP deputatlığa namizədlərinin adları AÇIQLANDI - TAM SİYAHI
Yeni Azərbaycan Partiyası (YAP) fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb....