Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yekaterinburq məhkəməsi Əhliman Gənçiyev barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, məhkəmə Əhliman Gənçiyev barəsində 22 günlük həbs-qətimkan tədbiri seçərək onu iyulun 19-dək istintaq təcridxanasına göndərib.
***17:37
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının reydləri nəticəsində saxlanılan Əhliman Gənciyevin həbs müddətinin uzadılması məsələsi ilə bağlı məhkəmə iclası başlayıb.
Bu barədə "Report"un Rusiya bürosu xəbər verir.
***12:55
Yekaterinburqda saxlanılan azərbaycanlılardan biri - Bakir Səfərovun həbs müddəti uzadılıb.
"Report"un Rusiya bürosu xəbər verir ki, məhkəmə onun barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçib.
***12:44
Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.
Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.
Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...