Yekaterinburqda qətldə ittiham olunan azərbaycanlılar həbs qərarına etiraz ediblər

Yekaterinburqda qətldə ittiham olunan azərbaycanlılar həbs qərarına etiraz ediblər
Siyasət 157

Yekaterinburqda əvvəlki illərdə baş vermiş qətldə təqsirləndirilən Ayaz Səfərov və Şahin Lalayev barələrində çıxarılan həbs qərarına qarşı apellyasiya şikayəti veriblər.

Bu barədə məlumatı BAKU.WS TASS agentliyinə istinadən xəbər verir. Sverdlovsk vilayət məhkəmələrinin birləşmiş mətbuat xidmətindən bildirilib ki, hər iki şəxsin vəkilləri qərardan apellyasiya instansiyasına şikayət ediblər.

Xatırladaq ki, Yekaterinburqun Leninski Rayon Məhkəməsinin qərarı ilə Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovlar, Əhliman Gənciyev, Şahin Lalayev və Əziz Abasov barəsində həbs-qətimkan tədbiri seçilib. Daha əvvəl Akif Səfərovun da qərara etiraz etdiyi açıqlanmışdı.

Qeyd edək ki, Ayaz Səfərov və Şahin Lalayev bu il iyulun 19-da saxlanılıb.

Son xəbərlər