Yekaterinburqda azərbaycanlılara qarşı törədilənlər etnik zəmində vəhşilik nümunəsidir

Yekaterinburqda azərbaycanlılara qarşı törədilənlər etnik zəmində vəhşilik nümunəsidir
Açıqlama
Siyasət 154

İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq OMON tərəfindən azərbaycanlılara qarşı törədilən qəddar və qeyri-insani rəftar bizi dərin sarsıtdı.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin deputatı Azər Kərimli bildirib.

O, deyib ki, bu hadisə insan hüquqlarının kobud şəkildə pozulması ilə yanaşı, etnik zəmində ayrı-seçkilik və vəhşilik nümunəsidir.

Deputat xatırladıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi dərhal və sərt reaksiya verərək bu məsələ ilə bağlı Rusiya tərəfinə rəsmi etirazını çatdırıb, Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılmış və məsələ qəti şəkildə qaldırılıb.

"Hesab edirəm ki, Rusiya Federasiyasının müvafiq qurumları təxirəsalınmaz araşdırma aparılmalı və zorakılığı törədənləri məsuliyyətə cəlb olunmasını təmin etməlidirlər. Hüquq-mühafizə adı altında edilən belə vəhşiliklər heç bir əsasla izah oluna bilməz", - A.Kərimli vurğulayıb.

Son xəbərlər