Yekaterinburqda məhkəmə qərarı ilə Ayaz Səfərov 22 gün müddətinə həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Yekaterinburqda 2000-ci illərin əvvəllərində baş vermiş hadisələrdə iştirakda şübhəli bilinərək saxlanılan üçüncü şəxs Ayaz Səfərov məhkəmənin qərarı ilə həbs edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ona da Məzahir və Akif Səfərovlar kimi məhkəmə tərəfindən 22 günlük həbs qətimkan tədbiri seçilib.
Yerli mətbuatın məhkəmə zalından yayımladığı videodan göründüyü kimi, Ayaz Səfərovun üzündə hematomalar var. Jurnalistlərin göyərtilərin mənşəyi barədə sualına cavab olaraq o, bunları saxlanılmazdan əvvəl aldığını bildirib.
"Mən saxlanılmazdan əvvəl... 25, 26-sı tarixində, xatırlamıram", – o jurnalistlərə bildirib və əlavə edib ki, özü yıxılıb.
***13:48
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, A. Səfərovun barəsində həbs qətimkan tədbiri seçilib.
Ayaz Səfərov bu gün məhkəməsi keçirilmiş sayça üçünçü azərbaycanlıdır.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...