Yeganə Cansail: Sosial şəbəkələrdə transvestitləri izləyənlər kimlərdir? - KÖŞƏ
02
may
2019
12:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq elə bir zamana gəlib çatmışıq ki, iki kişinin evlənməsi xəbərinə də əvvəlki qədər təəccüblənə bilmirik. Hətta aramızda buna humanist yanaşıb “bu da onların seçimidir” deyənlərimiz də az deyil. Təbii ki, mən də bir insan olaraq heç vaxt insanları seçim və düşüncəsinə görə qınamaq fikrində olmamışam. Lakin elə məqamlar var ki, burada tolerantlıqdan, humanistlikdən söhbət belə gedə bilməz. Çox təəssüf edirəm ki, dünya ictimaiyyəti bu gün ruhsal aləmində ciddi sorunları olan, psixoloji problemli adamları bizim şüuraltımıza sağlam təfəkkürlü biri kimi sırımağa çalışır. Məsələn, transvestitlər. Bəli, bu kişilərin qadın olmaq, özünü xanım olaraq hiss etmək kimi xəyalları, arzuları var. Zaman-zaman bu kişilər qadın paltarları geyinir, hormonal dərmanlar qəbul edir, ən yaxşı halda isə əməliyyat masasına uzanıb cinsiyyətini dəyişdirir. Bu adamlar dünyaya kişi cinsinin nümayəndəsi olaraq gəlsələr də psixoloji olaraq qadın olduqlarına inanırlar. Hətta onlara kişi, qaqaş, bəy, cənab deyə müraciət etsən aqressiv bir reaksiya ilə üzləşə də bilərsən. bu yerdə alicənablıq göstərib gülüşümü boğmağa çalışıram. Əslində isə həm də düşünürəm ki, biz nəyə gülürük? Bir kişinin qadın olmaq istəyinəmi, yoxsa bəzilərimizin bir kişi olaraq onlara qarşı yaranan şəhvət hissinəmi, və yaxud da onu aşağıladığımızdan aldığımız iyrənc həzzəmi?! Ümumiyyətlə, insan təbiəti hər zaman belədir. Daima qarşısındakı gücsüzü, acizi əzmək həvəsi bizə laaaap əcdadlarımızdan gəlir. Amma inanmıram ki, ibtidai icma quruluşunda tranvestitlər ola bilərdi. Təsəvvür edirsiz, bir gün saqqallı ər əlində zopası, oxu-yayı mağaraya gəlir və arvadının qarşısına keçib nazlanaraq deyir ki, “azz, mən daha ova zada getməyəcəm. dur özün get öküzdən, maraldan ovla. Mən də ocağı qalayıb odu qoruyaram”. Lənət sənə kor şeytan. Yazıçı xəyallarıdır, qüsura baxmayın. Arada alıb aparır. Harda qalmışdıq? Aha, tarixdə. Ibtidai dövrdə olmasa da antik dövründən artıq öz cinsiyyətini qəbul edə bilməmək, transseksuallıq kimi işartılar özünü göstərməyə başladı. Amma ilk dəfə 1910-cu ildə alman doktoru Magnus Hirschfeld bu mövzunu araşdırmış və tarixə bu kəlməni gətirmişdir. Hələ 1950-ci illərdə amerika cəmiyyəti tranvestitləri heç də indiki qədər normal qarşılamırdı. Həmin zamanlarda cinsiyyətini dəyişib əməliyyat etdirən bu “kişilər” cəmiyyətdə olduqca böyük basqı altında yaşayırdı. Lakin zaman keçdi, artıq amerika və bəzi avropa ölkələrində bir transvestit hamıdan biri kimi qəbul edilir, sevilir, hətta aralarında incəsənətlə məşğul olub populyarlaşanları da var. Bir gün anaların öz övladları üçün tranvestit qapısına elçi gedəcəyi günə də inanıram. əlbəttə ki, bu uzaq, bəlkə də yaxın gələcəkdir. Amma biz bu gələcəyi yəqin ki görməyən nəsillərdən olacağıq. Ona görə də çox təşvişə, həyəcana düşməyin. Düzdür, bu yerdə Kərəmi ağlamaq tutur. Adam bilmir heç nə desin! Indi Amerikadan üzü Azərbaycana gələk. Heç kəsə sirr deyil ki, o “gözəlçə”lərdən bizdə də az deyil. Adamın üstdə Allah var, kənardan biri deməsə ki, bu transvestitdir, bəzilərinə heç inanmağım gəlməz ki, kişidir. O qədər gözəl, baxımlı və cazibədardırlar ki... bu mövzu ilə əlaqədar instagramda kiçik bir araşdırma aparmışam. Lap dəhşətə gəldim. Bizim bəzi translarımız da urvatsızdır e. Camaatın transvestiti səhnəyə çıxır, milyonlarla insanın qəlbini sənəti ilə fəth edir. bizimkilər isə... nə edir? böyüklərdən üzr istəyirəm, elə olduğu kimi yazacağam. Demək, instagramda özünü reklam edən transların əksəriyyəti yalnız bunu yazır: “mən trans filankəs, filan yerdə yaşayıram. Bir saatım 50 manat. Bir zəng qədər mənə yaxın ol.” Və zalımın qızı (adam heç bilmir necə müraciət etsin) nömrəsini yazıb. əvvəl yazını oxuyanda elə bildim kimsə ciddi zarafat edir. sonra gördüm ilahi, camaat burada əməlli başlı “biznes” fəaliyyəti göstərir. İşin ən maraqlı tərəfi isə bu transları söyən, amma həm də izləyən minlərcə insandır. əlbəttə ki, elə onları izləyənlərin böyük əksəriyyəti də qadın olmaq istəməyən kişilərdir. Aralarında idmançısından tutmuş mağazada satıcı işləyəninə kimi hər cürə insan var. Hətta aralarında məşhur meyxanaçılardan birinə də rast gəldim. Daha adını çəkmirəm ki, məndən inciyər. Gülməlisi isə bundadır ki, başqa səhifələrdə qeyrət, namus dərsi keçən gədə-güdələr bu kimi səhifələrdə transvestit xanımların şəkillərinə “Az səni verənə şükür”, “çox gözəlsən”, “heyf, mənimlə tanış olmarsan yəqin” və s. bu kimi şərhlər yazırlar... Kişilər, həqiqətən bu sual mənə çox maraqlıdır? Transvestitləri niyə izləyirsiniz? Bu sualımla qətiyyən tranvestitləri qıcıqlandırmaq, onları xor görmək niyyətim yoxdur. sadəcə onları qəbul edə bilməyən cəmiyyətin eyni zamanda böyük çoxluqla onları izləməsi məni təəccübləndirir. Səmimi olaq ki, cavab da asan olsun.Yeganə Cansail
Oxşar xəbərlər
Yeganə Cansaildən altında intim məna yatan suallar - KÖŞƏ
Öncəliklə bu günlərin mövzusu olan küçə itləri və içəri şəhərdə tarixi qalanın sökülməsi müzakirələrinizi böldüyüm üçün üzr istəyirəm. Çünki mənim sizinlə bölüş...