YAŞAT Fondu: "Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir"
25
apr
2022
11:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir".
BAKU.WS xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.
Onun sözlərinə görə, ümumilikdə YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:
"Onlardan 132 nəfərinin malicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə geri qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir".
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...