Yaşar Əliyev: "Azərbaycan regionda sabitliyin və inkişafın təşviqinə sadiqdir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasına, eləcə də regionda sabitliyin və inkişafın təşviqinə qətiyyətlə sadiqdir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
Daimi nümayəndənin qeyd etdiyi kimi, Bakı regional nəqliyyat kommunikasiyalarının açılmasının və Cənubi Qafqazın çiçəklənməsinin tərəfdarıdır.
“Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına və qəbul edilmiş təcrübələrə əsaslanır”, - .Əliyev əlavə edib.
Eyni zamanda, Ermənistanın əldə olunmuş razılaşmaları yerinə yetirməmək cəhdləri bu ölkəni beynəlxalq öhdəlikləri pozan ölkəyə çevirir: “Ermənistanın hər hansı bəyanat verməyə nə mənəvi, nə də hüquqi haqqı yoxdur”.
Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin hazırkı gərginləşməsi yeganə insident deyil, son bir neçə ay ərzində bir sıra erməni təxribatları zəncirinin həlqəsidir.
Daimi nümayəndə onu da qeyd edib ki, Ermənistan Azərbaycan ərazisinə minaları yerləşdirməkdə davam edir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...