Yaponlardan qəribə ixtira - İnsanlar üçün mexaniki quyruq (VİDEO)
26
iyl
2019
19:24
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın Keyo Universitetinin tələbələri insanlara onurğalı heyvanların eyni hislərini keçirməyə imkan verəcək "Arque" adlı mexaniki quyruq yaradıblar.BAKU.WS "ICTnews"a istinadən xəbər verir ki, qurğunun konseptinin iyulun 28-də Los-Ancelesdə keçiriləcək "SIGGRAPH 2019" beynəlxalq kompüter qrafikası, animasiya və interaktiv texnologiyalar sərgisində təqdim ediləcəyi gözlənilir."Arque" bədənin balansını avtomatik dəyişən uzunluğu və çəkisi tənzimlənən belə bağlanan quyruqdur. Konstruksiyanın daxilində səkkiz istiqamətdə güc göstərmək iqtidarında olmaqla insana sabit mövqeyini qoruyub saxlamağa kömək edən dörd pnevmatik "əzələ" quraşdırılıb."Arque" müxtəlif yerlərdə tətbiq edilə bilər: onu reabilitasiya məqsədləri, yaşlı insanlara hərəkət etməkdə və ya anbar işçilərinə ağır əşyaların yerinin dəyişdirilməsində kömək üçün istifadə etmək olar. Bundan başqa, mexaniki quyruq videooyunlarda (məsələn, istifadəçi qarşısında ayaq üstə qalmaq vəzifəsi qoyulanda) tətbiq ediləcək.
Oxşar xəbərlər
İşlətmədiyiniz əşyalardan qazanmağın ən asan yolu!
Son zamanlar biznes-layihələrin arasında Lalafo online alış-veriş servisi çox sürətli inkişaf etməkdədir, hansı ki insanlara lazım olmayan əşyalarını asanlıqla...