YAP növbədənkənar seçkidə iştirakla bağlı qərarını açıqladı
“9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilər Yeni Azərbaycan Partiyasının öz mövcud qüvvə və potensialına yeni bir baxış, siyasi sistemin mühüm qolu olan qanunverici hakimiyyətdə yeni bir enerji ilə təmsil olunma imkanı verən əhəmiyyətli bir fürsətdir”.
BAKU.WS xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında bildirilib.
İclasda qeyd edilib ki, çox böyük seçki təcrübəsi olan, cəmiyyətin bütün sosial təbəqələrini əhatə edən Yeni Azərbaycan Partiyasının bu mühüm siyasi kampaniyada iştirakı siyasi zərurət olmaqla yanaşı, nəhəng elektorata malik olan təşkilat üçün sosial sifarişdir.
YAP İdarə Heyəti müzakirələrin yekunu olaraq 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul etmişdir.
İclasda həmçinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələri təyin olunub.
Oxşar xəbərlər
Qüdrət Həsənquliyevin partiyası parlament seçkilərində iştirakla bağlı qərarını açıqladı
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAKU.WS partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki,...