Yalçın Rəfiyev: Ölkələr iqlim dəyişikliyi ilə mübarizədə ümumi məqsədlər ətrafında birləşməlidirlər
Ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə ümumi məqsədlər ətrafında birləşməsi vacibdir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) deyib.
Onun sözlərinə görə, Paris Sazişinin gücü və uğuru yalnız Azərbaycanın verdiyi vədlərdə qalmayacaq, bu proses daha da irəli aparılacaq:
"COP29 şəffaflığı prioritet məsələlərdən biri kimi müəyyənləşdirib və tərəfləri ilk ikiillik şəffaflıq hesabatlarını təqdim etməyə təşviq edib. Bizim bu istiqamətdə fəaliyyətimiz COP29-la başa çatmayıb. Bakı Qlobal İqlim Şəffaflığı Platforması vasitəsilə bizdən sonra gələn sədrliyə və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə İTF prosesi və ikinci ikiillik şəffaflıq hesabatlarının hazırlanması istiqamətində dəstək veririk. Əsas məsələ verdiyimiz vədləri reallığa çevirdiyimizi göstərə bilməyimizdir".
Oxşar xəbərlər
Elvin Məmmədzadəyə yeni vəzifə verildi
"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-də yeni təyinat olub. BAKU.WS xəbər verir ki, qurumun Büdcələşdirmə və hesabatlılıq üzrə rəhbər müavini vəzifəsinə Elvin...