Yalçın Rəfiyev COP27-nin rəsmi nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Baş danışıqçısı Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti COP27-nin Xüsusi Nümayəndəsi Və Əbu Məcd və COP27-nin Baş Danışıqçısı Mohamed Nasr ilə Qahirədə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər COP29-a hazırlıqları müzakirə ediblər.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
Oxşar xəbərlər
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası keçirilib
Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsini...