Xuan Laporta: "Planetin və insanların rifahına sadiq qaldığınız üçün minnətdaram"

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıya gələn İspaniyanın "Barselona" klubunun prezidenti Xuan Laporta Azərbaycanda gübrələrin və bitkilərin mühafizə vasitələrinin ilk yerli istehsalçısı olan "AZCHEMCO" şirkətinin pavilyonun ziyarət edib.
"Report" xəbər verir ki, nümayəndə heyətinə "AZCHEMCO" şirkətinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində şoranlaşmış və quru torpaq növlərinin bərpası, habelə kənd təsərrüfatında içməli sudan istifadənin minimallaşdırılması layihələri və həlləri izah edən video təqdim edilib.
Şirkət nümayəndələri "Azelab" və "Intertek" şirkətləri tərəfindən aparılan laboratoriya tədqiqatları əsasında torpağın şoranlığının 3,6-dan 0,3-ə, elektrik keçiriciliyinin isə 9140-dan 291-ə qədər azalması ilə müşahidə olunan irəliləyişləri təqdim ediblər. Bu, öz növbəsində, şoran torpağın kənd təsərrüfatında istifadə oluna biləcəyini təsdiqləyir.
"Barselona" klubunun prezidenti bərpa olunmuş torpağa çiyələk kolları əkib.
"AZCHEMCO" şirkəti tərəfindən, qonağa "Azərxalça"da xüsusi sifarişlə istehsal olunan xalça hədiyyə olunub.
Qalereya
Oxşar xəbərlər
Dünya mətbuatının diqqəti Azərbaycan Prezidentinin Şuşa forumundakı çıxışına yönəlib
Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndir...