XTQ komandanı vəzifəsində Hikmət Mirzəyevi kim əvəzləyəcək? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xüsusi Təyinatlı Qüvvələrin komandanı vəzifəsinə icraçı təyin edilib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Əmrə əsasən, XTQ komandanı vəzifəsinin icrası general-mayor Akif Pirverdiyevə həvalə edilib.
A.Pirverdiyev 44 günlük Vətən Müharibəsində iştirak edib. Prezidentin sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunub.
Qeyd edək ki, A.Pirverdiyev XTQ-də xidmət edib. O, daha öncə bu qoşun növündə komandanın Maddi Texniki Təminat üzrə müavini olub. Sonradan XTQ-nin Qərargah rəisi vəzifəsinə yüksəlib.
Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin əvvəlki komandanı general-leytenant Hikmət Mirzəyev idi. Vətən Müharibəsi Qəhrəmanı bir müddət əvvəl müdafiə nazirinin müavini - Quru Qoşunların Komandanı təyin edilib.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. BAKU.WS...