Şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda qüvvəyə mindi
29
mar
2019
23:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib.BAKU.WS-in məlumatına görə, bununla bağlı Milli Məclisdə “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklik edilib. Qanunun 7-ci (Məcburi dövlət daktiloskopik qeydiyyatı) maddəsinə edilən dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsi alan vətəndaşlar məcburi daktiloskopik qeydiyyatdan keçiriləcək.Lakin 15 yaşı tamam olmayan vətəndaşlar şəxsiyyət vəsiqəsi alan zaman onlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.Dəyişiklik müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Qeyd edək ki, dövlət daktiloskopik qeydiyyatı – insan şəxsiyyətinin eyniləşdirilməsi üçün daktiloskopik məlumatların əldə olunması, uçotu, saxlanılması və istifadəsi üzrə fəaliyyətdir.Dövlət daktiloskopik qeydiyyatının aparılması nəticəsində əldə olunan məlumatlar aşağıdakı məqsədlər üçün istifadə edilir:– itkin düşmüş şəxslərin axtarışı;– naməlum meyitə əsasən insan şəxsiyyətinin müəyyənləşdirilməsi– şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi;– cinayətlərin və inzibati xətaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması.BAKU.WS
Oxşar xəbərlər
Bu şəxslərdən 250 manat dövlət rüsumu alınacaq
Milli Məclisin (MM) martın 29-da keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.BAKU.WS oxu.az-a istina...