Xoy əhalisi şəhər qubernatoru və məmurlarına etiraz edir - VİDEO

02
fev
2023
22:30
Xoy əhalisi bu şəhərin qubernator və məmurlarına sərt şəkildə etiraz edir.
Görüntülər sosial şəbəkələrdə yayılıb.
Təbii fəlakətlə üzləşmiş yerli sakinlər zəlzələdən zərər çəkmiş bölgələrə dövlət tərəfindən ayrılan yardımın qeyri-kafi olmasını tənqid edərək, hökumətdən bölgə əhalisinin acınacaqlı vəziyyətinə daha çox diqqət yetirməsini tələb edirlər.
Qeyd edək ki, havaların soyuq keçməsi və bölgəyə qar yağması, digər tərəfdən də İran hakimiyyətinin cənublu soydaşlarımıza kənardan yardım təkliflərini rədd etməsi evsiz qalmış insanların vəziyyətini daha da çətinləşdirir.
Oxşar xəbərlər
Xoydakı soydaşlarımız İran hökumətindən şikayət edir - FOTO/VİDEO
İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində zəlzələ nəticəsində sadə vətəndaşlara böyük ziyan dəyib. BAKU.WS xəbər verir ki, rəsmi xəbərlərdə Azərbaycan tü...