Xorvatiya prezidenti Bakıya gəldi
24
okt
2016
09:14
Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç oktyabrın 23-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
BAKU.WS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.
BAKU.WS
Oxşar xəbərlər
Roma Papası Bakıya gəldi
Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gəlib. BAKU.WS xəbər verir ki, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının...