Xocavənddə təxribata atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 17-si saat 11:55-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında atəş dəstəyi ilə uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb və bu işlərə atəş dəstəyi verən qanunsuz erməni silahlı birləşmələrinin mövqeləri susdurulub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...