Xocalıya daha 67 nəfər köçürülüb
Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə 13 ailə olmaqla 67 nəfər köçürülüb.
Bu barədə BAKU.WS-ə Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə qayıdıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev Xocalı şəhərində ailələrə yeni evlərin açarlarını təqdim edib.
O həmçinin Xankəndi şəhəri, Xocalı rayonu və Ağdərə rayonu ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq və tikinti işləri barədə məlumat verib. Bildirib ki, sakinlərin burda rahat, təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Hər iki kənddə sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunublar.
Oxşar xəbərlər
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü İlham Əliyevə məktub ünvanlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Oxu.Az AZƏRTAC-a istin...